Digər

ABŞ hərbi gəmisində yanğın: USS Higgins fəaliyyətini itirdi

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Higgins idarə olunan raketli destroyer gəmisində bu həftə böyük yanğın baş verib. Hadisə nəticəsində gəminin elektrik və hərəkət sistemləri sıradan çıxıb.

CBS News-un məlumatına görə, ABŞ rəsmilərinə istinadən bildirilir ki, insident zamanı ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Yanğın çərşənbə gününə qədər nəzarət altına alınıb.

Rəsmilər bildiriblər ki, yanğının baş vermə səbəbi və gəminin Hind-Sakit okean regionundakı dəqiq yerləşdiyi ərazi hələlik açıqlanmayıb. Eyni zamanda, gəminin aldığı ziyanın miqyası və təmir müddəti ilə bağlı da dəqiq məlumat verilməyib.

Məlumata görə, USS Higgins ABŞ donanmasının Asiyada yerləşdirilmiş irəli qüvvələrinin tərkib hissəsidir. Gəmi bu ilin əvvəlində Sinqapur limanına yan aldığı qeyd olunur.

Ekspertlər hesab edir ki, hadisə ABŞ-ın regiondakı hərbi fəaliyyətlərinə müvəqqəti təsir göstərə bilər.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-İsrail–İran gərginliyi: mümkün “son zərbə” planları müzakirə olunur

Aynur Camal

Əti mükəmməl edən 5 sürətli marinad resepti

Aynur Camal

Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə münasibətləri dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu