Dünya

ABŞ-ın 25 ştatı Tramp administrasiyasını yeni gömrük rüsumlarına görə məhkəməyə verdi

ABŞ-da 25 ştat Prezidenti Donald Tramp administrasiyasının son gömrük tarifləri ilə bağlı qərarına qarşı məhkəmə iddiası qaldırıb.

Bugun.tv xəbər verir ki, Kaliforniya, Arizona və Oreqon ştatlarının baş prokurorlarının rəhbərliyi ilə ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim olunan iddiada administrasiyanın ötən ay açıqladığı yeni tariflərin qanunsuz olduğu bildirilir.

İddiaçılar hesab edirlər ki, Tramp administrasiyası 1974-cü il Ticarət Qanununun 301-ci bölməsi üzrə səlahiyyət həddini aşıb və İnzibati Prosedur Qanununu pozub. Onların fikrincə, tariflər məcburi əməyin qarşısını almaq məqsədi daşımır və əvvəllər məhkəmələr tərəfindən qanunsuz hesab edilən rüsumların yenidən tətbiqinə xidmət edir.

Ştatlar məhkəmədən tariflərin hüquqa zidd elan edilməsini, qüvvəsinin dayandırılmasını və bu tariflər əsasında ödənilmiş gömrük rüsumlarının geri qaytarılmasını tələb edirlər.

Kaliforniyanın baş prokuroru Rob Bonta bildirib ki, yeni tariflər amerikalıların yaşayış xərclərini artırır. Arizona ştatının baş prokuroru Kris Meys isə qeyd edib ki, bu qərarlar ərzaq qiymətlərinin bahalaşmasına, kiçik biznes üçün əlavə maliyyə yükünün yaranmasına və iqtisadiyyatın müxtəlif sahələrində qeyri-müəyyənliyə səbəb olur.

Xatırladaq ki, ABŞ Ticarət Nümayəndəliyi iyulun 23-də 60 ticarət tərəfdaşından idxal olunan bəzi məhsullara 10 və 12,5 faiz həcmində gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Britaniya ordusu əsgərləri “Fortnite” tipli virtual dünyalarda hazırlayır

Aynur Camal

Miqrasiya böhranı: Ailələr itkin düşən övladlarını axtarır

Aynur Camal

İran ABŞ-ı güzəştlərə məcbur etmək üçün təzyiq strategiyasını genişləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu