17.3 C
Baku
20 May 2025, 1:26
Baş xəbərDünya

ABŞ-ın Yəmənə hücumu nəticəsində 35 afrikalı miqrant həlak oldu

Husilər Yəmənin şimalındakı Saada şəhərində afrikalı mühacirlərin məskunlaşdığı binaya ABŞ-ın raket hücumu nəticəsində 35 nəfərin öldüyünü açıqlayıb.

Husilərə bağlı Əl-Məsirə telekanalının məlumatına görə, Amerika döyüş təyyarələri tərəfindən buraxılan raket Səadada Afrikadan olan miqrantların olduğu obyektə düşüb.

Yəmənin İranın dəstəklədiyi Husi səlahiyyətliləri ABŞ-ın Saada şəhərindəki miqrant düşərgəsini hədəf alan raket hücumu nəticəsində 35 mülki şəxsin həlak olduğunu bildirib.

Sözügedən binadan 35 cəsədin çıxarıldığı, 30 nəfərin isə hələ də itkin düşdüyü bildirilir. Mülki müdafiə və Yəmən Qızıl Aypara qruplarının binada axtarış-xilasetmə işlərini davam etdirdiyi bildirilib.

Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp martın 15-də Truth Social platformasında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bildirib.

Bildirilib ki, ABŞ martın 15-dən sonra Yəmənə 1000-dən çox hava hücumu həyata keçirib və nəticədə əksəriyyəti qadın və uşaqlar olmaqla 217 nəfər ölüb, 436 yəmənli isə yaralanıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

2 mərtəbəli taxta tikili yandı

Teymur Əziz

NATO-nun yeni baş katibi Mark Rutte kimdir?

Aynur Camal

BM uşaq nikahlarının qarşısını almaq üçün tədbirlər görür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu