ABŞ-ın keçmiş prezidenti Cimmi Karter 100 yaşında vəfat edib. Əməyinə görə “Nobel Sülh Mükafatı” alan və tarixə “Əfsanəvi prezident” kimi düşən Karter Yaxın Şərqdə Türkiyə ilə əməkdaşlıq təklif edən liderlərdən biri kimi tanınırdı.
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter 2024-cü il dekabrın 29-da 100 yaşında vəfat edib. 1977-1981-ci illər arasında 39-cu prezident vəzifəsini icra edən Karter Kemp Devid razılaşması kimi mühüm diplomatik uğurlara imza atıb. Prezidentlikdən sonrakı dövrdə insan haqları və sülh fəaliyyəti ilə tanınan Karter 2002-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.
Cimmi Karter 2009-cu ildə yazdığı məqalədə Türkiyənin Yaxın Şərqdəki strateji əhəmiyyətini vurğulayaraq “Türkiyəyə alternativ yoxdur” demişdi. Bu qiymətləndirmə Karterin Türkiyə ilə əməkdaşlığın artırılmasına verdiyi əhəmiyyəti göstərir. Bundan başqa, Karterin prezidentliyi dövründə, xüsusilə 12 sentyabr 1980-ci il çevrilişi zamanı Türkiyə ilə ABŞ arasındakı əlaqələr də müxtəlif diplomatik sənədlərə daxil edilib.
JIMMY CARTER KİMDİR?
Cimmi Karter 1924-cü il oktyabrın 1-də anadan olub. Nüvə mühəndisliyi üzrə təhsil alan və donanmada işləyən Karter siyasətə gəlməzdən əvvəl Gürcüstanda fıstıq istehsalçısı kimi çalışıb. 1976-cı ildə prezident seçilən Karterin dönəmində qlobal neft böhranı, İran İslam İnqilabı, Əfqanıstanın SSRİ tərəfindən işğalı kimi hadisələr baş verdi. Kemp Devid Sazişləri ilə Misir və İsrail arasında sülhün bərqərar olması mühüm uğur kimi qeyd edildi. Lakin İrandakı girov böhranı səbəbindən onun populyarlığı aşağı düşdü və 1980-ci il seçkilərində Ronald Reyqana uduzdu. Prezidentlikdən sonrakı dövrdə o, insan hüquqları, vasitəçilik və sağlamlıq sahələrində işlərə diqqət yetirdi və bu səylərinə görə 2002-ci ildə Nobel Sülh Mükafatını qazandı. Karter Türkiyə ilə Yaxın Şərq əməkdaşlığını dəstəkləyən lider kimi də xatırlanır.
Mənbə: TgrtHaber