Baş xəbərDünya

Daha bir təyyarə qəzası xəbəri! 2 nəfər ölümdən xilas oldu

Almaniyanın Ştutqart şəhərində dörd nəfərlik Cessna C-172 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 2 nəfərin yaralandığı açıqlanıb.

Polisdən verilən açıqlamada, tək motorlu və pervaneli təyyarənin dünən günortadan sonra eniş zamanı qəzaya uğradığı, daha sonra hava limanının müvəqqəti olaraq uçuşlara bağlandığı bildirilib.

Açıqlamada pilotun yüngül xəsarət aldığı, 70 yaşlı sərnişinin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi və müalicəsinin davam etdiyi bildirilib. Eyni zamanda eniş zamanı havanın dumanlı və buludlu olduğu, qəzanın səbəblərinin araşdırıldığı bildirilib.

Qeyd edilib ki, hava limanı polisinin qəza yerində araşdırması  davam edir.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən küləkli şəhərinə uçuş niyə bu qədər çətindir

Aynur Camal

Çində minlərlə dollara çəkilən film gözlənilmədən kino hitinə çevrildi

Aynur Camal

Tramp Kim Çen Inla görüşəcək? Şimali Koreyadan gözlənilməz addım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu