25 C
Baku
27 İyul 2024, 4:23
Dünya

ABŞ istehsal edir, İsrail öldürür! ‘Gizli silah anbarı’ iddiası

İsrail çadır şəhər qırğınlarını davam etdirərkən ABŞ-da istehsal olunan sursatlarla mülki insanları hədəfə alır. Üstəlik, bu sursatların əhalinin sıx olduğu yerlərdə istifadə edilməməsi də bildirilir. Digər tərəfdən İsrail mülki ölümlərə qarşı “gizli silah anbarı” olduğunu iddia edir. İsrail Qəzzada qırğınlarını davam etdirərkən, çadır şəhərlərinə də bombalar yağdırılıb. Yüzlərlə fələstinlinin sığınmaq məcburiyyətində qaldığı çadır şəhərciyi 2 gün ara ilə iki dəfə vuran İsrail, hücumun ‘istehmal’ olduğunu iddia edərək, HƏMAS-ı günahlandırmağa çalışıb. İsrail çadır şəhərciyindəki yanğının gizli sursat anbarından qaynaqlana biləcəyini iddia edərək, hücumda ABŞ istehsalı olan sursatdan da istifadə edildiyini açıqlayıb.

ABŞ medialarından biri olan CNN İnternational Rafahdakı çadır şəhərciyinə edilən hücumların görüntülərini təhlil edib. Mütəxəssislər azı 45 nəfərin öldüyü hücumda ABŞ-da istehsal olunan sursatdan istifadə edildiyini açıqlayıb.

CNN üçün görüntüləri araşdıran dörd silah mütəxəssisi hücumda istifadə edilən bombanın Boeing tərəfindən istehsal edilən GBU-39 olduğunu müəyyən edib. Mütəxəssislərin fikrincə, əhalinin sıx məskunlaşdığı ərazilərdə belə sursatların istifadəsi həmişə risklidir.

İsrail insanların diri-diri yandırıldığı və öldürüldüyü Rəfahdakı hücumla bağlı ilk məlumatı açıqlayıb. İsrail Müdafiə Qüvvələri (IDF) çadır şəhərciyində baş verən yanğının səbəbinin ‘gizli silah anbarı’ ola biləcəyini və ərazini hədəf alan hava hücumunda belə bir yanğına səbəb ola bilməyəcək qədər kiçik sursat istifadə edildiyini iddia etdi.

İsrail bu yaxınlarda Qəzza zolağının cənubundakı Rəfah şəhərində mülki əhalinin sığındığı çadır şəhərciyinə hücum edib. Hücum nəticəsində azı 45 nəfər həlak olub.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, “Səhiyyə Nazirliyi tarixdə heç vaxt bu qədər qırğın alətinin bir araya gətirilərək dünya qarşısında istifadə edilmədiyini, insanların su, yemək, dərman, elektrik və yanacaq, hazırda Qəzzada olduğu kimi və infrastruktur dağıdılıb.” Bu, bütün qurumların dağıdıldığını, sanitariyanın pisləşdiyini, epidemiyaların yayıldığını, səhiyyə sisteminin çökdüyünü, mühasirənin həyata keçirildiyini təsdiqləyir”.

Qəzza zolağında qırğınlarını davam etdirən İsrail yenidən çadır şəhərciyi hədəfə alıb. Gün ərzində İsrail ordusunun hücumu nəticəsində 20-dən çox adamın öldüyü bildirilib.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri açıqlandı

Aynur Camal

Qərbi Balkan ölkələri öz gələcəyini Aİ-yə inteqrasiyada görür

Aynur Camal

Zəlzələdə ölənlərin sayı 100-ə çatdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu