Hadisə

ABŞ konsulluğunun yaxınlığında dörd ayda ikinci dəfə atışma baş verdi

Kanadanın Toronto şəhərində yerləşən ABŞ konsulluğunun yaxınlığında dörd ay ərzində ikinci dəfə silahlı insident qeydə alınıb. Bugun.tv xəbər verir ki, hadisə bazar ertəsi səhər baş versə də, nəticədə xəsarət alan olmayıb.

Toronto polisi bildirib ki, patrul əməkdaşları ərazidə olarkən atəş səsləri eşidiblər. Hadisədən sonra ağ rəngli sedan avtomobilin ərazidən uzaqlaşdığı müşahidə olunub.

Polis hadisə yerini mühasirəyə alıb və ərazidə mərmi gilizləri aşkar edib. Hazırda insidentlə bağlı araşdırmalar davam edir. Hücumu həyata keçirən şəxs və ya şəxslər hələ müəyyən edilməyib.

ABŞ konsulluğu baş verən hadisədən sonra operativ reaksiya göstərdiklərinə görə Toronto polisinə təşəkkür edib.

Xatırladaq ki, bu ilin mart ayında da iki nəfər eyni konsulluğa atəş açmışdı. Həmin hadisə polis tərəfindən “milli təhlükəsizlik insidenti” kimi qiymətləndirilmişdi. İyunda aparılan istintaq nəticəsində 18 və 19 yaşlı iki şübhəli saxlanılmışdı. Hüquq-mühafizə orqanları onların zorakılıq xarakterli əməllər törətmək üçün cəlb olunduğunu bildirsələr də, əlavə təfərrüat açıqlamayıblar.

Toronto polisi həmçinin şəhərdə son aylarda baş verən digər silahlı hücumlar, o cümlədən sinaqoqa edilən hücumla mümkün əlaqələri də araşdırır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Sərnişin bərəsində yanğında ölənlərin sayı 35-ə çatdı

Aynur Camal

Bu gecə səmada meteor yağışı müşahidə ediləcək

Aynur Camal

İndoneziyanı kül bürüdü: Anak-Krakatau vulkanı püskürdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu