17 C
Baku
20 Aprel 2025, 17:46
Baş xəbərDünya

ABŞ növbəti dəfə Yəməndə dinc sakinləri hədəfə alıb: 6 şəhid, 26 yaralı

ABŞ Yəməndə dinc əhaliyə qarşı növbəti dəfə amansız hücuma keçib. Paytaxt Sənanın qərbindəki Beni Matar bölgəsində yerləşən Əl-Suvari Keramika Fabriki ötən gecə ABŞ döyüş təyyarələri tərəfindən bombardmana məruz qalıb.

Hücum nəticəsində indiyədək 6 mülki vətəndaş şəhid olub, 26 nəfər yaralanıb. Yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Yəmənin Səhiyyə və Ətraf Mühit Nazirliyi hücumla bağlı verdiyi açıqlamada ölənlərin sayının artmasından narahat olduqlarını bildirib.

Nazirlik mülki müdafiə və səhiyyə qruplarının dağıntılar altında qalanların axtarışını və yanğınların söndürülməsini davam etdirdiyini bildirib.

Bəyanatda hədəfə alınan fabrikin tamamilə mülki bir obyekt olduğu və içəridə çalışanların çörək qazanmaq üçün orada olduqları vurğulanıb.

Yerli səlahiyyətlilər, hücum zamanı bölgədə heç bir hərbi hədəfin olmadığına diqqət çəkərək, ABŞ-ın bu hücumla açıq şəkildə hərbi cinayət törətdiyini bildirib.

Şahidlər partlayışın fabrikin böyük hissəsinin dağıldığını və ətrafdakı yaşayış məntəqələrinə ziyan vurduğunu bildiriblər.

Eyni zamanda ABŞ döyüş təyyarələri də Yəmənin şimalındakı əl-Cəvf əyalətinə zərbələr endirib. Mənbələrin məlumatına görə, Əl-Yetmə bölgəsinə iki hava hücumu həyata keçirilib. Hədəf edilən ərazidə mülki əhalinin yaşadığı evlərə və təsərrüfatlara ziyan dəydiyi bildirilib.

ABŞ-ın Yəmənə hücumları son həftələr əhəmiyyətli dərəcədə artıb. Sionist rejimlə tam ittifaqda hərəkət edən Vaşinqton administrasiyası bu cür qeyri-insani hücumlarla Ənsarullah hərəkatının Fələstin xalqına dəstəyi ilə bağlı narahatlığını nümayiş etdirməkdə davam edir.

Yəmən xalqı illərlə davam edən mühasirə, aclıq və yoxsulluğa baxmayaraq, ABŞ-Səudiyyə-Sionist üçbucağının təcavüzünə qarşı müqavimət göstərməkdə davam edir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev OPEC-in baş katibini qəbul edib

Bugün TV

Yunanıstanda Türk vətəndaşları arasında qarşıdurma! 2 ölü, 1 yaralı…

Aynur Camal

Kran suyu ilə qarışan mikrob: Onlarla insan xəstəxanaya qaçdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu