26 C
Baku
23 Sentyabr 2026, 19:57
Orta Şərq
Dünya

ABŞ ordusu Oman körfəzində İranın üç neft tankerini sıradan çıxardı

ABŞ Mərkəzi Komandanlığı (United States Central Command (CENTCOM)) bildirib ki, ABŞ qüvvələri Oman körfəzində İran limanlarına istiqamətlənən üç neft tankerinə qarşı əməliyyat apararaq onları sıradan çıxarıb.

Məlumata görə, 8 may tarixində M/T Sea Star III və M/T Sevda adlı gəmilər ABŞ-ın tətbiq etdiyi dəniz məhdudiyyətlərini pozaraq İran limanlarına daxil olmağa çalışıb. Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS George H.W. Bush (CVN-77) üzərində yerləşən F/A-18 “Super Hornet” qırıcıları həmin tankerləri dəqiq zərbələrlə zərərsizləşdirib.

Bundan əlavə, 6 mayda “Hasna” adlı İran tankerinin də hədəf alındığı qeyd olunur. Bu əməliyyatda USS Abraham Lincoln (CVN-72) gəmisinə məxsus F/A-18 təyyarəsinin 20 mm-lik top atəşi ilə tankerin sükan hissəsini sıradan çıxardığı bildirilib.

CENTCOM-un açıqlamasına görə, üç gəmi hazırda İrana doğru hərəkət edə bilmir. ABŞ tərəfi daha əvvəl 13 apreldə İranla bağlı dəniz məhdudiyyətləri tətbiq etdiyini və bu çərçivədə İran limanlarına giriş-çıxış edən gəmilərin izlənəcəyini açıqlamışdı.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Yüksək duz, şəkər və yağ olan məhsullara xəbərdarlıq nişanı gəlir

Aynur Camal

87 yaşlı qadın 71 il yaşadığı evdən çıxarıldı

Aynur Camal

Hərbi təlim təyyarəsi qəzaya uğradı: iki pilot yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu