Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Bayden Arizonada çıxışı zamanı sözünü yarımçıq kəsən ekoloqun “Sussan, bu hadisədən sonra səninlə danışacağam”, – deyərək reaksiya verib.
“New York Post” qəzetinin yazdığına görə, 2018-ci ildə dünyasını dəyişən keçmiş respublikaçı senator Con Makkeynin xatirəsinə keçirilən tədbirdə çıxışının kəsilməsinə qəzəblənən Bayden iqlim fəalını danlayıb.
Prezidentin Baydeni yüksək səslə iqlimlə bağlı fövqəladə vəziyyət elan etməyə çağıran adı açıqlanmayan iqlim fəalına reaksiyası salonda gərgin anlara səbəb olub.
Etirazçının “Niyə iqlimlə bağlı fövqəladə vəziyyəti elan etmədin? Çoxlu arizonalı öldü” sözləri ilə çıxışı yarımçıq qalan Bayden, ona “Sussan, bu hadisədən sonra səninlə danışacağam, tamamı?”, – deyə cavab verib.
Qısa gərginlikdən sonra iqlim fəalı mühafizəçilərin müşayiəti ilə zaldan çıxarılıb.