15 C
Baku
3 Noyabr 2024, 3:22
Baş xəbərDünya

ABŞ qara siyahıya salındı: Çinin dron istehsalçısı DJI Pentaqona qarşı iddia qaldırdı

DJI, Çin ordusu ilə əlaqələri səbəbiylə şirkəti sanksiya siyahısına salan ABŞ Müdafiə Nazirliyinə qarşı məhkəmə iddiası açdığını açıqladı. Dünyanın aparıcı dron istehsalçılarından biri olan DJI, ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) qarşı açdığı iddia ilə gündəmdədir.

Şirkət Pentaqonun “Çin hərbi şirkəti” kimi təsnif edilməsinə və sanksiya siyahısına salınmasına etiraz edib.

DJI-nin verdiyi açıqlamada Pentaqonun bu təsnifatının səhv və ədalətsiz olduğu vurğulanır. Şirkət bildirir ki, bu vəziyyət onlara böyük maliyyə itkilərinə səbəb olub. Qeyd edilib ki, DJI Pentaqon ilə 16 aydır apardığı danışıqlardan nəticə ala bilməyib və Federal Məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

Şirkətdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

DJI Çin ordusuna məxsus deyil və nəzarəti altında deyil. ABŞ Müdafiə Departamenti özü də etiraf edir ki, DJI hərbi pilotsuz uçan aparatlar deyil, kommersiya pilotsuz təyyarələrini istehlakçılar üçün hazırlayır.

DJI mülki dron məhsullarının inkişafına sadiqdir və məhsullarının hərbi məqsədlər üçün istifadəsinə qarşıdır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Silahlı qarşıdurma zamanı ölənləri sayı 413-ə çatdı

Teymur Əziz

İsrail kəşfiyyatında zəlzələ!

Aynur Camal

Çilinin şimalında 5,7 bal gücündə zəlzələ baş verdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu