Digər

ABŞ Rusiyanı Ukraynanın taxıl anbarlarını vurmaqda ittiham etdi

Bugun.tv xəbər verir ki, ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynanın taxıl anbarlarına hücum etməkdə günahlandırıb və Moskvanı hərəkətlərinə son qoymağa çağırıb.

ABŞ Dövlət Departamenti sosial media hesabında bunuıa bağlı videomüraciət paylaşıb. Mesajda Ukraynanın hədəf alındığı iddia edilən taxıl anbarının hücumdan əvvəlki və sonrakı fotoları yer alıb.

Mesajda Rusiyanın Ukrayna taxıl anbarlarına hücumlarının ölkədəki fermerlər və dünyada aclıq çəkən insanlar üçün dəhşətli nəticələr verdiyi bildirilib və burada bir çox ailənin taxılla qidalana biləcəyinə diqqət çəkilib.

Mesajda Rusiya hücumlarına son qoymağa və Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağa çağırılır.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olacağını yenidən iddia etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu