US ambassador slams EU's 'Buy European' weapons push as ‘self-interest
Dünya

ABŞ səfiri Aİ-nin “Avropada istehsal et” siyasətini tənqid etdi

Bugun.tv xəbər verir ki, ABŞ-ın Avropa İttifaqındakı səfiri Endryu Puzder Aİ-nin müdafiə sahəsində Avropa istehsalı silahlara üstünlük vermək siyasətinin transatlantik müdafiə sənayesinə təsir göstərə biləcəyini bildirib.

Euronews-un məlumatına görə, Puzder bu fikirləri Brüsseldə keçirilən müdafiə və kosmos sammitində səsləndirib.

ABŞ səfiri bildirib ki, silahların harada istehsal olunmasından daha çox onların imkanları və əlçatanlığı nəzərə alınmalıdır. Onun sözlərinə görə, yalnız Avropa istehsalına üstünlük verilməsi müttəfiqlər arasında ayrılıqlara səbəb ola və müdafiə sənayesini parçalaya bilər.

Avropa Komissiyası və bəzi Aİ ölkələri Avropa müdafiə sənayesinin gücləndirilməsi məqsədilə yerli istehsalçılara üstünlük verilməsi ilə bağlı təkliflər irəli sürüblər. Bu yanaşmanın əsas məqsədlərindən biri Avropanın ABŞ istehsalı silahlardan asılılığını azaltmaqdır.

Euronews qeyd edir ki, Aİ daxilində də məsələ ilə bağlı vahid mövqe yoxdur. Bəzi ölkələr həddindən artıq proteksionizmə qarşı çıxır və ABŞ müdafiə sənayesinin imkanlarını nəzərə almağı vacib sayırlar.

Puzder bildirib ki, ABŞ və Aİ arasında bu mövzuda fikir ayrılıqları olsa da, tərəflər müzakirələri davam etdirirlər.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Cənubi və Şimali Koreya sərhəddə baş verən partlayışlara görə bir-birini ittiham edir

Aynur Camal

Kaliforniya sahillərinə nəhəng isti su dalğası yaxınlaşır

Aynur Camal

Qədim Sardes və Lidiya məzarları dronlarla qorunacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu