Image default
Dünya

ABŞ Sakit okeanda narkotik daşıdığını iddia etdiyi gəmilərə zərbələr endirib

ABŞ Müdafiə Naziri Pit Heqset, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edərək bildirib ki, “Dünən, Prezident Trampın göstərişi ilə, terrorçu siyahımızda olan şəxslər tərəfindən idarə olunan iki gəmiyə iki ölümcül kinetik hücum həyata keçirilib”.

Kəşfiyyat məlumatlarına görə, sözügedən gəmilərin narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu və tərkibində narkotik olduğunu iddia edən Heqset, gəmilərin Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı marşrutunda olduğunu qeyd edib.

Hegset hücumların beynəlxalq sularda baş verdiyini və hər iki gəmidə üç nəfərin öldüyünü, lakin ABŞ qüvvələrinin heç birinin zərər görmədiyini bildirib.

ABŞ Prezidenti Tramp bir sərəncamla Latın Amerikası narkotik kartelləri ilə mübarizədə ordunun daha çox və daha effektiv istifadəsini əmr edib.

Bu kontekstdə, ABŞ avqustun sonlarında Venesuela sahillərinə sualtı qayıqlar və hərbi gəmilərdən ibarət dəniz qüvvələri göndərdi və ABŞ müdafiə naziri Hegseth ABŞ ordusunun rejim dəyişikliyi də daxil olmaqla, Venesueladakı əməliyyatlara hazır olduğunu bildirdi.

ABŞ ordusunun Karib dənizi və Sakit okeanında narkotik qaçaqmalçılığı ilə bağlı olduğu iddia edilən gəmilərə son hücumları və gəmidəki insanları birbaşa hədəfə alması beynəlxalq ictimaiyyətdə “məhkəmədənkənar qətllər” müzakirələrinə səbəb oldu.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Şəkərsiz içkilər: Yay istisində qazlı içkilərin əvəzinə nə içmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu