ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı yeni hərbi əməliyyatlara başlamasını məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni qəbul edib.
Bugun.tv xəbər verir ki, sənəd Senatda 50 lehinə, 48 əleyhinə səslə təsdiqlənib.
Qətnamə bu ayın əvvəlində Nümayəndələr Palatasında da qəbul olunub və 1973-cü ildə qəbul edilmiş Müharibə Səlahiyyətləri Qanunundan sonra ilk dəfədir ki, Konqresin hər iki palatası prezidentə ABŞ Silahlı Qüvvələrini hərbi əməliyyatlardan çıxarmağı tələb edən sənədə dəstək verir.
Səsvermə ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı əməliyyatlardan sonra Konqresdə artan narahatlığın fonunda keçirilib. Reuters/Ipsos sorğusuna əsasən, amerikalıların yalnız dörddə biri İrana qarşı müharibənin ölkə üçün dəyərli olduğunu düşünür.
Donald Tramp qətnaməni tənqid edərək onu “vaxtsız və mənasız” adlandırıb.
Ağ Ev isə sənədin hüquqi qüvvəyə malik olmadığını və prezident üçün məcburi xarakter daşımadığını bildirib. Bununla belə, qətnamənin Konqresin İran məsələsində administrasiyaya siyasi təzyiqini artıracağı qeyd olunur.
Mənbə: Reuters
