25 C
Baku
27 İyul 2024, 4:42
Dünya

ABŞ su altındadır: İnsanlar təxliyə edildi

ABŞ-ın Texas ştatında güclü yağışlar nəticəsində çaylar daşıb. Hyuston bölgəsi ətrafında daşqınlar səbəbiylə qapalı qalan çox sayda insanın xilas edildiyi və minlərlə ABŞ vətəndaşının təxliyə edildiyi bildirilib. Qeyd edilib ki, ştatın ən böyük şəhərlərindən biri olan Hyuston ətrafındakı 12 çay böyük daşqın mərhələsinə çatıb və həyəcan təbili çalıb.

Aprelin əvvəlindən ştatda güclü yağışlar təsirli olsa da, Meksika körfəzindən gələn qasırğa və dolu kimi onlarla hava hadisəsinin şahidi olub.

Fövqəladə Hallar üzrə Dövlət Koordinatoru Emmitt Eldridge, Hyustonun şimalında 200 evin məcburi olaraq boşaldıldığını və daşmış və yaşayış məntəqələrinə doğru irəliləyən sudan ən az 58 xilasetmə əməliyyatı həyata keçirdiklərini bildirib.

“Bölgədə gözlənilən əlavə yağışlar səbəbindən daha çox daşqın görəcəyini gözləyirik” Eldridge deyib.

Yenə Hyustonun şimal-qərbindəki Walker County bölgəsində təxminən 43 əsas yolun hələ də su altında qaldığı və bəzi körpülərin sel sularının yaratdığı ziyan səbəbiylə istifadə edilə bilməyəcəyi diqqətə çatdırıldı.

Hyustondan təxminən 100 kilometr şimal-şərqdə yerləşən Polk qraflığında 700 evin su altında qaldığı bildirilib və yağışların daşqın səviyyəsini artırmağa davam edəcəyi xəbərdarlığı edilib. Minlərlə insanın təxliyyə edildiyi bölgədə ən azı 1000 evin məcburi təxliyə zonasında olduğu da paylaşılıb.

Səlahiyyətlilər qeyd ediblər ki, indiyədək ölən və yaralanan olmayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Argentina BRİKS-ə üzv olmaq üçün müraciət etdi

Nigar Məmmədova

Ekvadorda fövqəladə vəziyyət rejimi elan edildi

İntizar Əmirova

Misir prezidenti Sisi İsrailin Qəzzaya qarşı quru əməliyyatının qarşısını almağa çağırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu