DünyaSiyasət

ABŞ və İran gərginliyi azaltmaq barədə razılığa gəldi

Bugun.tv — ABŞ və İran son günlər qarşılıqlı hücumlardan sonra hərbi gərginliyin azaldılması barədə razılığa gəlib. Məlumata görə, tərəflər hərbi əməliyyatları dayandırmaq və danışıqları davam etdirmək barədə razılıq əldə ediblər.

Qərar Hörmüz boğazı və ətrafında baş verən silahlı insidentlərdən, həmçinin hər iki ölkənin bir-birini atəşkəsi pozmaqda ittiham etməsindən sonra qəbul olunub.

ABŞ rəsmisi Hörmüz boğazından keçən gəmilərin yenidən maneəsiz hərəkət edə biləcəyini təsdiqləyib və müharibənin tam dayandırılmasına yönəlmiş danışıqların davam etdiriləcəyini bildirib. İran tərəfi isə hələlik hücumların dayandırılması ilə bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, iyunun 17-də ABŞ və İran arasında imzalanan 14 maddəlik anlaşma memorandumu bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını nəzərdə tuturdu. Sənədə əsasən, İran Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz keçidini 60 gün ərzində təmin etməyi öhdəsinə götürmüşdü.

Lakin son günlər boğazda yük gəmisinə hücum, ardınca ABŞ-ın cavab hava zərbələri və İranın Küveyt ilə Bəhreyndəki ABŞ bazalarını hədəfə alması atəşkəsin pozulacağı ilə bağlı narahatlıqları artırmışdı.

Dünya neft və qaz tədarükü üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında vəziyyət diqqətlə izlənilir. Bu arada, ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan çərçivə sazişi Hizbullah tərəfindən rədd edilib. İsrail ordusu isə razılaşmadan iki gün sonra Livanın cənubunda Hizbullaha məxsus tunelə zərbə endirdiyini açıqlayıb.

İran rəsmiləri daha geniş və davamlı atəşkəs razılaşmasının əldə olunması üçün Livandakı silahlı qarşıdurmaların da tam dayandırılmasının vacib olduğunu bildirirlər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Bu yay mövsümünün ən populyar giləmeyvəsi mlum oldu

Aynur Camal

Xarici hərbi bazaların qarşısını almaq üçün təhlükəsizlik sazişi imzalandı

Aynur Camal

Tramp: Kommunizm ABŞ üçün ən böyük təhlükədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu