16.6 C
Baku
18 May 2025, 4:35
Baş xəbərDünya

ABŞ və Rusiya arasında yeni danışıqlar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistanın Səmərqənd şəhərində keçirdiyi mətbuat konfransında ABŞ-la tezliklə yeni danışıqların aparılacağını açıqlayıb. Lavrovu Özbəkistana səfəri çərçivəsində xarici işlər naziri Bəxtiyar Saidovla görüşdən sonra prezident Şavkat Mirziyoyev qəbul edib.

Mətbuat konfransında iki ölkə arasında əlaqələrin inkişaf etməkdə davam etdiyini deyən Lavrov müxtəlif sahələrdə birgə layihələrin həyata keçirildiyini bildirib. Lavrov Özbəkistanla əlaqələrin inkişaf etdiyini və müxtəlif sahələrdə birgə layihələrin icra mərhələsində olduğunu bildirib.

Özbəkistanın regionda terror təhlükəsinin azaldılması üçün addımlar atmağa hazır olduğunu qeyd edən Lavrov payızda Rusiya-Mərkəzi Asiya Sammitinin keçiriləcəyini və bunun üçün hazırlıqların davam etdiyini bildirib.

“BİZ MƏRKƏZİ ASİYADA QƏRBİN TƏŞƏBBÜŞLƏRİNƏ QARŞIYıq”

Lavrov Qərb ölkələrinin Mərkəzi Asiya regionu ilə bağlı siyasətinə toxunaraq qeyd edib: “Biz əməkdaşlıq proseslərinin siyasiləşdirilməsinin və geosiyasi məkanlarda dominantlıq yaratmaq cəhdləri ilə bağlı ideoloji elementlərin tətbiqinin qəti əleyhinəyik. Təəssüf ki, bu, bizim qərbli həmkarlarımızın yanaşmalarında özünü göstərir. Avropa İttifaqının (Aİ) üzvləri bu məsələdə xüsusilə diqqəti cəlb edir. Aİ administrasiyası bəzi Qərb ölkələrinin Mərkəzi Asiya əleyhinə siyasətini burada tətbiq etməyə çalışır”.

Sergey Lavrov iddia edib ki, regional dövlətlər bunu başa düşür və buna qarşı çıxırlar.

Əfqanıstandakı vəziyyətə də toxunan Lavrov, Rusiyada Talibanı terrorçular siyahısından çıxarmaq üçün addımlar atdıqlarını ifadə edərək, “Kabil rəhbərliyi bir reallıqdır. Əgər praqmatik siyasət izləniləcəksə, Kabildəki rəhbərliyi qəbul etmək lazımdır” deyib.

Lavrov Əfqanıstanın ABŞ-da dondurulmuş ehtiyatlarının istifadəyə verilməli olduğunu vurğulayaraq, bunun ölkədəki sosial-iqtisadi problemlərin həlli üçün zəruri olduğunu bildirib.

Qərbin Əfqanıstana qayıtmağa çalışdığını qeyd edən Lavrov, “NATO-nun hərbi infrastrukturu müxtəlif bəhanələrlə bura geri gətirilməyə çalışılır. Bu cür cəhdlər saatlı bomba yaradacaq. Bu qəbuledilməzdir” deyib.

Rusiya və ABŞ arasında danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı sualı cavablandıran Lavrov “Tezliklə” deyib.

Nazir Lavrov ABŞ-la danışıqların məzmunu, yeri və səviyyəsi barədə məlumat verməyib.

RUSİYANIN DONETSKDA AVANSI

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Tarasovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb.

Rusiya ordusunun Ukrayna cəbhəsində mövqelərini gücləndirdiyi bildirilən bəyanatda “Cənub Hərbi Qrupu bölmələrinin aktiv hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Tarasovka qəsəbəsi azad edilib” deyilir.

Açıqlamada son 24 saat ərzində 147 bölgədə Ukraynanın hərbi hava limanının infrastruktur elementlərinə, hərbi sənaye müəssisələrinə, pilotsuz uçuş aparatlarının (PUA) istehsal və saxlama mərkəzlərinə, Çexiya istehsalı olan “Vampir” reaktiv yaylım atəş sisteminin yerləşdiyi əraziyə, xarici hərbi qüvvələr və Ukrayna hərbi qüvvələrinin müvəqqəti yerləşdirilməsinə qarşı hücumlar həyata keçirildiyi vurğulanıb. Rusiya Müdafiə Nazirliyi dünən Donetsk bölgəsindəki Sühaya Balka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Arıqlamaq üçün yeni bir mədə balonu

Aynur Camal

Fransa prezidenti Makron: Mən istefa verməyəcəyəm

Aynur Camal

Paltar qurutma maşını partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu