15.7 C
Baku
17 May 2025, 0:46
Baş xəbərDünya

ABŞ Venesuelanı “deport edilmiş vətəndaşlarını qəbul etməsə, daha sərt sanksiyalarla” hədələdi

ABŞ dövlət katibi Marko Rubio Venesuela ABŞ-dan deportasiya edilən vətəndaşlarını qəbul etməsə, ona qarşı daha ağır əlavə sanksiyalar tətbiq edəcəkləri barədə xəbərdarlıq edib.

ABŞ dövlət katibi Marko Rubio sosial media hesabından Venesuelalı qeyri-qanuni mühacirlərin ABŞ-da deportasiya prosesi ilə bağlı açıqlama verib.

Venesuelanın deportasiya edilən vətəndaşlarını qəbul etmək məcburiyyətində olduğunu iddia edən Rubio, bu məsələnin müzakirə və danışıqlara mövzu olmadığını bildirib.

“(Venesuela prezidenti Nikolas) Maduro rejimi üzrsüz deportasiya uçuşları qəbul etmədikcə, ABŞ əlavə, sərt və gücləndirici sanksiyalar tətbiq edəcək”, – Rubio bildirib.

Venesuela ABŞ-ın fevralın 22-də deportasiya etdiyi qeyri-qanuni immiqrantlardan 177-ni, fevralın 25-də isə 242-ni geri qaytarıb.

Venesuela prezidenti Maduro martın 8-də verdiyi açıqlamada ad çəkmədən ABŞ-ı tənqid edərək, “Rabitə kanallarını zədələdilər. Mən bu kanalları açıq saxlamağa çalışıram, çünki sırf mühacir olduqları üçün həbs edilən və haqsız yerə zülmə məruz qalan bütün venesuelalıları ölkəyə qaytarmaq istəyirəm” dedi. O, aşağıdakı ifadələrdən istifadə edib:

 – ABŞ tərəfindən deportasiya edilən 261 dəstə üzvü El Salvadora aparılıb

ABŞ Prezidenti Donald Tramp “xarici terror təşkilatı” olaraq təyin etdiyi Venesuelalı “Tren de Aragua” bandasına bağlı immiqrantların deportasiyasını sürətləndirmək üçün əvvəllər yalnız müharibə dövründə istifadə edilən icazəni yenidən tətbiq edib.

Federal hakimin edamı dayandırmasına baxmayaraq, ABŞ administrasiyası yüzlərlə qeyri-qanuni immiqrantı Venesuela bandasına bağlı olduqlarını əsas gətirərək Salvadora deportasiya etdi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İspaniyada 850 min xəstə əməliyyat üçün növbə gözləyir

Bugün TV

Xarabalıqlardan qızıl sikkə çıxdı!

Aynur Camal

Darvin kəşf etdi ki, qurdlar canlı musiqini sevmir – Video

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu