ABŞ-İran qarşıdurması, neft qiymətləri, Brent nefti, Hörmüz boğazı, Yaxın Şərq, neft bazarı, enerji böhranı, dünya iqtisadiyyatı
Dünya

ABŞ və İran arasında döyüşlərin yenidən başlaması neft qiymətlərini artırdı

Bugun.tv xəbər verir ki, ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən başlaması dünya enerji bazarında neft qiymətlərinin artmasına səbəb olub. Xarici KİV-i yazır ki, investorlar Yaxın Şərqdə davam edən gərginliyin qlobal neft tədarükünə və əsas nəqliyyat marşrutlarına təsir göstərə biləcəyindən ehtiyat edirlər.

Məlumata görə, hərbi əməliyyatların yenidən başlaması xüsusilə Hörmüz boğazı ilə bağlı narahatlıqları artırıb. Dünyada neft daşımalarının mühüm hissəsinin həyata keçirildiyi bu strateji su yolu mümkün təhlükələr fonunda bazar iştirakçılarının diqqət mərkəzindədir. Al Jazeera-nın məlumatına görə, Brent markalı neftin qiyməti də yüksəlib və bazarlarda Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıq yaranıb.

Analitiklər hesab edirlər ki, qarşıdurmanın uzun müddət davam etməsi enerji bazarında qiymətlərin daha da dəyişkən olmasına səbəb ola bilər. Xüsusilə neft hasilatı və ixracına, eləcə də tankerlərin hərəkətinə hər hansı ciddi məhdudiyyət qlobal bazara birbaşa təsir göstərə bilər.

İnvestorlar hazırda ABŞ və İran arasındakı hərbi vəziyyətin növbəti mərhələsini, həmçinin bunun enerji infrastrukturuna təsirini izləyirlər. Gərginliyin azalması isə neft qiymətlərində əks istiqamətli dəyişiklik yarada bilər.

Mənbə:  Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Rusiyanın maliyyə nazirini G20 danışıqlarına qaytardı

Aynur Camal

İranlılar ABŞ-ın “Duolingo” ilə bağlı sanksiyalarına etiraz edir

Aynur Camal

Çin Tayvanın Sakit Okean Adaları Forumunda iştirakına görə xəbərdarlıq etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu