Dünya

ABŞ və İran arasında gərginlik artır: Vaşinqtonun son zərbələrinin daha genişmiqyaslı olduğu bildirilir

Bugun.tv xəbər verir ki, ABŞ-ın İrana endirdiyi son hərbi zərbələrin əvvəlki əməliyyatlarla müqayisədə daha genişmiqyaslı olduğu bildirilir. ABŞ rəsmilərinin məlumatına görə, zərbələr yalnız ayrı-ayrı hərbi obyektləri deyil, eyni zamanda İranın hərbi-logistika infrastrukturunu da hədəfə alıb.

Əməliyyatlar zamanı İranın cənubunda yerləşən strateji hərbi mövqelər, silah anbarları və logistika mərkəzləri vurulub. ABŞ administrasiyası bu addımların Hörmüz boğazında ticarət gəmilərinə qarşı həyata keçirilən hücumlara cavab olaraq atıldığını bildirib.

Amerikalı rəsmilər vurğulayıblar ki, son əməliyyatlar əvvəlkilərdən daha geniş ərazini əhatə edib və İranın hərbi imkanlarına ciddi zərbə vurmağı hədəfləyib. Vaşinqton bölgədə yerləşən ABŞ qüvvələrinin və beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğunu bəyan edib.

İran tərəfi isə ABŞ-ın hərbi əməliyyatlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək cavab tədbirləri görəcəyini açıqlayıb. Tehran Vaşinqtonu əldə olunmuş razılaşmaların şərtlərinə əməl etməməkdə ittiham edib və ABŞ-ın bölgədə gərginliyi daha da artırdığını bildirib.

Analitiklərin fikrincə, son hadisələr ABŞ və İran arasında münasibətlərdə gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Ekspertlər hesab edirlər ki, tərəflər arasında diplomatik təmaslar davam etsə də, bölgədə hərbi risklərin artması Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu