Sosial

“Acqarına yeyilməsi tövsiyə edilməyən 6 məhsul açıqlanıb”

Bugun.tv xəbər verir ki, mütəxəssislər səhər acqarına qəbul edildikdə orqanizmə mənfi təsir göstərə bilən bir sıra qidaların siyahısını açıqlayıblar.

Bildirilir ki, gecə yuxusundan sonra mədə boş vəziyyətdə olur və həzm sistemi daha həssas işləyir. Bu səbəbdən bəzi məhsullar qıcıqlanma, mədə yanması, qan şəkərində sürətli dəyişiklik və ümumi narahatlıq yarada bilər.

Mütəxəssislərin qeyd etdiyi məhsullar arasında sitrus meyvələri, qəhvə, şirniyyat və bişmiş məmulatlar, qazlı içkilər, əlavəli yoqurt və banan yer alır.

Məlumata görə, sitrus meyvələri ac mədədə turşuluq səbəbindən selikli qişanı qıcıqlandıra bilər. Qəhvə isə mədə turşusunun ifrazını artıraraq narahatlıq yaradır və kortizol hormonuna təsir edir.

Şəkərli məhsullar və qazlı içkilər qan şəkərinin sürətli qalxıb-enməsinə səbəb olur, bu da tez yorğunluq və aclıq hissi yaradır. Yoqurtların acqarına istifadəsi faydalı bakteriyaların tam təsir göstərməsinə mane ola bilər, banan isə sürətli karbohidrat tərkibinə görə qısa müddətli toxluq verir.

Mütəxəssislər səhər yeməyinə daha balanslı qidalarla başlamağı, daha sonra isə qəhvə və meyvə kimi məhsulları qəbul etməyi tövsiyə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Günəşli tərəfə baxan mənzillərdə istidən necə qorunmaq olar? – Mütəxəssislərdən 10 məsləhət

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Qalan salatı ləzzətli Asiya üslublu omletə çevirmək mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu