28 C
Baku
11 Sentyabr 2025, 15:03
Dünya

Ada ölçüsündə aysberq qopdu

İngiltərənin cənubundakı Uayt adasına bərabər olan 380 kvadrat kilometrlik aysberqin Antarktidada materikdən ayrıldığı bildirilib.

Antarktika qitəsindəki Brunt Buz Şelfindən son 3 ildə Paris və London kimi şəhərlərdən daha böyük parçaların ayrıldığı bilinərkən, ən son ayrılan aysberqin Uayt adasının böyüklüyündə olduğu ifadə edilib.

Antarktidada araşdırma aparan İngilis elm təşkilatı British Antarctic Survey (BAS) Brunt Ice Shelf üzərindəki Halley Araşdırma Stansiyasındakı buz alimlərinin verdiyi açıqlamada, yeni ayrılan parçada ilk çatların meydana gəldiyi ifadə edildi.

Buz alimi Oliver Marsh, aysberqin üzərinə yerləşdirdikləri qlobal yerləşdirmə sistemi (GPS) vasitəsilə xəbərdarlıq aldıqlarını ifadə edərək, “Bir saat ərzində bir neçə yüz metrlik bir hərəkət aşkar etdik. Bu, aysberqin ayrıldığının ən böyük göstəricisi idi” deyib.

BAS-ın paylaşdığı peyk görüntülərində aysberqin su ilə əhatə olunduğu və qitədən ayrıldığı görülüb.

Bu arada, 2017-ci ildən Brunt Buz Şelfində yerləşən Halley Araşdırma Stansiyasının buz alimlərinin son illərdə baş verən hərəkətlərdən narahat olduqları bildirilib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Ana pul toplamaq üçün körpəsini zəhərləyib

Aynur Camal

ABŞ muzeyində sərgilənən 2500 illik qızıl boyunbağı Türkiyə rəsmilərinə qaytarılıb

Aynur Camal

Yeni araşdırmanın təəccüblü nəticəsi: Buzlaqların əriməsi təbii hadisələri artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu