Texnologiya

Adobe süni intellektlə işləyən 10 yeni yaradıcı layihəsini təqdim etdi

Bugun.tv xəbər verir ki, Adobe şirkəti Adobe MAX 2026 tədbirində fotoqrafiya, video montajı, səs emalı və qrafik dizayn sahələrini əhatə edən 10 yeni eksperimental süni intellekt layihəsini nümayiş etdirib.

Şirkətin təqdim etdiyi yeniliklər yaradıcı işləri daha sürətli və rahat yerinə yetirməyə imkan verən texnologiyaları əhatə edir. Layihələrdən biri – Project Sight Span adi fotoşəkli hərəkət etmək mümkün olan üçölçülü mühitə çevirir. Beləliklə, istifadəçi eyni görüntüyə müxtəlif bucaqlardan baxa və yeni kadrlar yarada bilər.

Project Deep Brush fotoşəkildəki obyektlərin formasını, rəngini və işıqlandırmasını nəzərə alaraq redaktə aparır. Project Hands On isə görüntüdəki ayrı-ayrı elementləri birbaşa ekran üzərində hərəkət etdirməklə dəyişməyə imkan verir.

Video sahəsində Project Scene Sweep müxtəlif kadrlarda eyni obyektə və ya şəxsə tətbiq edilən dəyişiklikləri ardıcıl şəkildə həyata keçirməyi, Project On Cue isə videodakı hadisələrin başvermə vaxtını dəqiqləşdirməyi nəzərdə tutur.

Səs emalı üçün hazırlanan Project Sound Bender isə hazır audioyazıdan müəyyən səsləri ayırmağa və onları dəyişdirməyə imkan verir.

Adobe bildirib ki, bu yeniliklər hələ eksperimental mərhələdədir. Onlardan bəzilərini Adobe Labs Playground platformasında sınaqdan keçirmək mümkündür. Şirkət layihələrin gələcəkdə kommersiya məhsullarına çevriləcəyinə zəmanət vermir.

Mənbə: WorldNews

Aynur Camal

Oxşar xəbərlər

Çin Oman üçün süni intellektlə işləyən 20 peykdən ibarət kosmik şəbəkə quracaq

Aynur Camal

Oyun həvəskarı kompüterin soyutma radiatorunu evin çölünə yerləşdirdi

Aynur Camal

Google itən əşyaları tapmaq üçün Pixel Tag cihazını satışa çıxardı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu