Dünya

Afrikanın “Venesiya”sı Ganvie kəndi havadan görüntüləndi

Qərbi Afrika ölkəsi Benin ərazisində yerləşən və “Afrikanın Venesiyası” kimi tanınan Ganvie kəndi dron vasitəsilə havadan görüntülənib.

Kənd 17-ci əsrdə köləlikdən qaçan insanlar tərəfindən Nokoue gölü üzərində qurulub və bu gün də suyun üzərində salınmış yaşayış məntəqəsi kimi fəaliyyət göstərir. Təxminən 30 min insanın yaşadığı kəndə ölkənin ən böyük şəhərlərindən biri olan Kotonu şəhərindən təxminən yarım saatlıq qayıq yoluyla çatmaq mümkündür.

Kənd sakinləri əsasən balıqçılıqla məşğul olur və gündəlik həyatlarını qayıqlar üzərində davam etdirirlər. Yerli əhali “su adamları” kimi tanınır.

 

Ganvie kəndində məktəb və ibadət yerləri də mövcuddur. Burada yaşayan insanlar əsrlərdir həyatlarını su üzərində quraraq davam etdirirlər.

Zamanla böyüyən kənd ölkədə ən çox turist cəlb edən məkanlardan birinə çevrilib. Göl üzərində kiçik quru sahələr, üzən bazarlar və barter üsulu ilə alış-veriş imkanları da mövcuddur. Uşaqlar isə məktəbə qayıqlarla gedirlər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

“Avropa böyük güclərdən asılılığı azaltmaq üçün “kollektiv həyəcan siqnalı” verib”

Aynur Camal

“ABŞ gəmiləri vurularsa, İranı yer üzündən silərik”

Aynur Camal

Hörmüz böhranı fonunda Nigeriya zavodu Böyük Britaniyanın aviasiya yanacağı üçün əsas mənbəyə çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu