Dünya

Ağ Ev yaxınlığında silahlı insident: şübhəli şəxs zərərsizləşdirildi

Bugun.tv xəbər verir ki, ABŞ paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında silahlı insident baş verib.

Məlumatına görə, hadisə zamanı Ağ Ev ətrafında çoxsaylı silah səsləri eşidilib və təhlükəsizlik qüvvələri dərhal əraziyə cəlb olunub.

ABŞ Gizli Xidməti və Federal Bureau of Investigation əməkdaşları hadisəyə müdaxilə edərək təhlükəsizlik tədbirlərini gücləndiriblər. Silah səslərinin eşidildiyi vaxt ABŞ Prezidenti Donald Trumpın da Ağ Evdə olduğu bildirilib.

Rəsmi açıqlamaya əsasən, şübhəli şəxs 17-ci küçə və Pennsylvania Avenue yaxınlığında çantasından silah çıxararaq atəş açmağa başlayıb. Bundan sonra Gizli Xidmət əməkdaşları tərəfindən ona qarşı silahlı müdaxilə edilib.

Ağır yaralı halda xəstəxanaya aparılan şübhəli şəxs daha sonra həyatını itirib. Hadisə zamanı ərazidə olan bir nəfərin yüngül yaralandığı, vəziyyətinin isə stabil olduğu açıqlanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Hökumət əhaliyə fövqəladə hallar üçün konserv və su ehtiyatı saxlamağı tövsiyə edir

Aynur Camal

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Aynur Camal

İran ABŞ-ın “iqtisadi terrorizmi” ilə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu