9 C
Baku
18 Fevral 2026, 11:13
Baş xəbərDünya

Ağ Evdəki yeməkxanaya kölgə salan 200 yaşlı ağac yığışdırılacaq! Tramp əmr verdi, səbəb budur

ABŞ prezidenti Donald Tramp Ağ Evin girişindəki Dövlət Yeməkxanasına kölgə salan 200 illik maqnoliya ağacının yığışdırılacağını açıqlayıb. Tramp ağacın çox təhlükəli olduğunu və təhlükəsizlik riski yaratdığını bildirib.

ABŞ prezidenti Donald Tramp Ağ Evin düz qarşısındakı Dövlət Yeməkxanasının pəncərələrini bağlayan tarixi maqnoliya ağacının söküləcəyini açıqlayıb. Tramp Endryu Ceksonun az qala iki əsr əvvəl əkdiyi ağacın çox təhlükəli olduğunu və təhlükəsizlik riski yaratdığını iddia edib. ABŞ prezidenti Donald Tramp Ağ Evin düz qarşısındakı Dövlət Yeməkxanasının pəncərələrini bağlayan tarixi maqnoliya ağacının söküləcəyini açıqlayıb. Tramp Endryu Ceksonun az qala iki əsr əvvəl əkdiyi ağacın çox təhlükəli olduğunu və təhlükəsizlik riski yaratdığını iddia edib. Ağacın ciddi şəkildə zədələndiyini və artıq Ağ Ev üçün uyğun olmadığını deyən Tramp, “Hər şeyin sonu gəlir” deyib. Ağacın odununun qiymətləndiriləcəyini bildirən Tramp, “Uca və nəcib məqsədlər üçün istifadə olunacaq” deyib.

Trampın sözləri sosial mediada müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri Trampın özü üçün xüsusi taxt hazırlamaq istədiyini iddia edib.

“Twitter” istifadəçisi şərh edib: “Tramp gələn həftə Endryu Ceksonun maqnoliya ağacını kəsir, çünki bu, “təhlükəsizlik riski”dir. Görünür, bu köhnə ağac onun diqqətini oğurlaya bilər. Bu nədir, xüsusi hazırlanmış Twitter taxtı?”

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov Ramazan ayının hikmət və fəzilətlərindən danışdı

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu