Bugun.tv xəbər verir ki, Ağdaş rayonunda 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunun küt alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Bugun.tv – yə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Əməliyyat nəticəsində Cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs A.Hacıyevin qonşusu 1973-cü il təvəllüdlü Rüstəmli Rövşən Rüstəm oğlu olduğu müəyyən edilib.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.