8 C
Baku
23 Dekabr 2024, 7:46
Digər

Ağrıkəsici dərmanlar təhlükəlidir!

Təəssüf ki, apteklərdə reseptsiz satılan dərmanlardan biri də ağrıkəsicilərdir. Hər birimiz ağrı hiss etdikdə bu dərmanlara üz tuturuq. Lakin bir qrup insanlar da var ki, ağrıkəsici preparatlardan hər gün 2-3 dəfə istifadə edirlər. Xüsusən də, baş ağrısından əziyyət çəkənlər…

Bəs, bu dərmanlar nə vaxt zərərli olur? Dərman asılılığının kökündə duran əsas səbəblər nələrdir?

Bugun.tv xəbər verir ki, müəyyən ağrılar zamanı dərman qəbulu geniş yayılıb.Təbii ki, ağrılar şiddətlənən zaman əlacsız qalıb ağrıkəsici içmək başadüşüləndir. Ancaq bəzi insanlar onlardan tez-tez istifadə edirlər. Sakitləşdirici təsir göstərən belə preparatların qəbulundan sonra onun orqanizmə vuracağı zərərləri də az deyil.

Terapevt Zakir Quliyevin sözlərinə görə, xəstənin hər hansı bir ağrısı varsa, bunun səbəbi araşdırılmadan gedib hər hansı bir ağrıkəsici istifadə etməsi yolverilməzdi. “Bu zaman dərmanın yan təsirləri ortaya çıxa bilər. Bu gün böyrək çatışmazlığı ilə müraciət edənlərin 30-40 faizinin xəstəliyi ağrıkəsicilərin istifadəsi ilə bağlı olur. Mədə qanamaları, mədə yaraları, böyrək, qaraciyər çatışmazlığı – bunların çoxunun altındakı səbəb zatən ağrıkəsicilərdir. Bəzən də vətəndaşlar “A dərmanını istifadə etdim, heç bir effekt vermədi. İndi B dərmanını istifadə edirəm yenə effekt vermir, mənim ağrılarım hələ də keçmir” – deyirlər. Deməli, bədəndə gedən ciddi bir proses var, deməli bədən bizə ciddi şəkildə mesaj göndərir”.

Baş ağrısı üçün dərmanların həddindən artıq istifadəsinin nəticəsində, qəbul etdiyiniz dərmanlar getdikcə daha az təsir edir və gündəlik ağrı şikayəti yaranır. Buna görə də, baş ağrılarından əziyyət çəkənlər öncə bunun səbəbini müəyyənləşdirməlidirlər. Zakir Quliyevin sözlərinə görə, dərmanlardan asılılıq fizeoloji və psixoloji olaraq qruplaşdırılır. “Ağrıkəsici aslılığını aradan qaldırmaq üçün birinci növbədə bədəndə gedən prosesə təsir göstərib, o ağrını aradan qaldırmaq lazımdır. Sonra adam hələ də o ağrıkəsicini tələb edirsə, deməli həmin dərmanın onu düzəldəcəyini düşünür. Bu mərhələdə isə dərmandan tam azad olması üçün mütləq ya peşəkar nervpatoloqların, ya da psixiatrların nəzarəti altında dərman başlanıb, onların nəzarəti altında da kəsilməlidir”.

Ən çox ağrıkəsici kimi istifadə olunan qeyri-steroid iltihab əleyhinə dərmanlar qaraciyərə mənfi təsir göstərir. Müntəzəm olaraq həftədə bir dəfədən çox ağrıkəsici qəbul etmək sağlıq üçün zərərlidir. Unutmayaq ki, bu dərmanlar səbəbi deyil, nəticəni aradan qaldırır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Cərrahın səhvi ucbatından 12 il əziyyət çəkən qadın xəstəxananı məhkəməyə verdi

Bugün TV

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna gəldi

Bugün TV

Yeni “İzdeliye-305” raketinin yüksək dəqiqliyi məlum oldi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu