14 C
Baku
29 Mart 2024, 18:04
Digər

Bakıda quşların sayı niyə azalıb?

Bakının əsas quş faunasını təşkil edən sərçələrin sayı son illərdə azalıb. Daha çox insan olan ərazilərdə yaşayan bu quşların 156 növü var.

Biologiya elmləri doktoru Tahir Kərimov onların həyat tərzinə təsir edən ciddi amillər olduğu deyir. “Qeyd etdiyiniz proses bütün dünyada gedir. Əhali artımı, urbanizasiya, şəhərlərin ərazisinin genişlənməsi, bitki örtüyünün dəyişilməsi, hündür binaların tikilməsi, binalara üzlük daşların vurulması və yuvalama yerinin məhdudlaşması sərçələrin şəhərdən kənara köçməsinə səbəb olur”.

Bundan başqa kolluqların azalması, tropik bitkilərin sayının artması da sərçəkimilərin azalmasına təsir edir. Son 2 ildə Bakıya qaranquşların gəlməməsinin  əsas səbəbi isə pandemiya zamanı aparılan dərmanlama işləri və iqlim dəyişikliyidir. “Heyvanxanada çoxaltmaqla bu quşların artımına nail olmaq mümkündür. Amma nə qaranquşun, sərçənin, qaratoyuğun, nə də göyərçinin artırılıb təbiətə buraxmağın əhəmiyyəti yoxdur. İki əsas amil vacibdir. Birincisi, nəsil vermək üçün yuvalama yerlərinin, ikincisi isə yem bazasının olması. Son illərdə Bakı şəhərində binalara üzlük daşlarının çəkilməsi də çatlarda, yarıqlarda yuvalayan quşların sayının azalmasına əsas səbəbdir”.

Tahir Kərimov deyir ki, bu quşlarda ürək döyüntülərinin sayı bir dəqiqədə insanla müqayisədə 10 dəfədən çoxdur. Havada uçarkən isə bu say daha da artır. Bəzən iri şəhərlərdə yüksək desibelli kəskin səslər də quşların qan təzyiqinin qəfildən qalxmasına səbəb olur ki, bu da onların məhvinə gətirib çıxarır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu gülü qoparanlar cərimə olunacaqlar!

Elnarə Dərziyeva

Avropanın ən böyük alüminium zavodu istehsalı azaldır

Aynur Camal

Tələbələrin ilk aralıq tənəffüsü başladı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu