Dünya

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Bugun.tv xəbər verir ki, Avropa İttifaqında avqustun 2-dən etibarən qüvvəyə minəcək yeni qaydalara əsasən, real görünüşlü süni intellekt (AI) ilə hazırlanmış şəkil, video, audio və mətnlər xüsusi şəkildə işarələnməlidir.

Yeni tələblər Aİ-nin Süni İntellekt Aktı (AI Act) çərçivəsində tətbiq olunur və məqsəd istifadəçilərin qarşılaşdıqları məzmunun süni intellekt vasitəsilə yaradıldığını aydın şəkildə bilməsini təmin etməkdir. Qaydalara əsasən, AI ilə hazırlanmış məzmun görünən etiket və ya rəqəmsal su nişanı ilə qeyd edilməlidir.

Qanun ilk növbədə Aİ bazarında təqdim edilən yeni süni intellekt sistemlərinə şamil olunacaq. Hazırda istifadə olunan sistemlərə isə yeni qaydalara uyğunlaşmaq üçün əlavə dörd ay vaxt veriləcək.

Avropa Parlamentinin deputatı Sergey Laqodinski bildirib ki, bu dəyişiklik yalnız istehlakçıların deyil, həm də demokratik proseslərin qorunmasına xidmət edir. Onun sözlərinə görə, seçkilər, ictimai rəy və informasiya təhlükəsizliyi baxımından süni intellektlə yaradılan saxta məzmunun şəffaf şəkildə göstərilməsi vacibdir.

Qaydaları pozan şirkətlər dünya üzrə illik dövriyyələrinin 3 faizi və ya 15 milyon avroya qədər cərimə ilə üzləşə bilərlər.

Artıq Google, Meta və TikTok kimi iri texnologiya şirkətləri də AI ilə yaradılan məzmunun etiketlənməsi istiqamətində müxtəlif alətlər və siyasətlər tətbiq etdiklərini bildirirlər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Zelenski: ABŞ Patriot raketlərinin birgə istehsalına siyasi razılıq verdi

Aynur Camal

SpaceX Starship ilə ilk yeni nəsil Starlink peyklərini sınaqdan keçirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu