Siyasət

Aİ-də yeni genişlənmə planı: Yeni üzvlərin veto hüququ məhdudlaşdırıla bilər

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı genişlənmə prosesini sürətləndirmək məqsədilə yeni üzv ölkələrin veto hüquqlarının müvəqqəti məhdudlaşdırılması variantını nəzərdən keçirir.

“The Guardian” nəşrinin yaydığı məlumata görə, Avropa Komissiyası Moldova və Qərbi Balkan ölkələri kimi potensial namizədlərin Aİ-yə qəbulundan sonra bir neçə il müddətində xarici siyasət və vergi kimi yekdillik tələb edən qərarlara veto qoymaq imkanının məhdudlaşdırılmasını müzakirə edir.

Məlumata əsasən, bu təşəbbüs xüsusilə Macarıstanın bir sıra mühüm Aİ qərarlarını bloklamasından sonra gündəmə gəlib. Məqalədə qeyd olunur ki, Viktor Orban hökumətinin Ukraynaya ayrılan milyardlarla avroluq yardım paketinə veto qoyması Brüsseldə narahatlıq yaradıb.

Yeni modelin ilk olaraq Monteneqroya tətbiq edilə biləcəyi bildirilir. 2028-ci ilə qədər Aİ-yə qoşulmağa çalışan Monteneqronun üzvlük müqaviləsində veto hüququnun müddətlə məhdudlaşdırılması nəzərdə tutula bilər.

Almaniya kansleri Fridrix Merz də Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasının sürətləndirilməsi üçün “innovativ həllər” çağırışı edib. O, Ukraynanın “assosiativ üzvlük” modelinə qoşulmasını da təklif edib. Bu model Ukraynaya Aİ iclaslarında iştirak imkanı versə də, səsvermə hüququ nəzərdə tutmur.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bu yanaşmanı qəbul etmədiklərini bildirərək Ukraynanın Aİ-də “tam və bərabər hüquqlu üzvlük” istədiyini vurğulayıb.

Məqalədə qeyd olunur ki, xüsusilə Fransa kimi ölkələrdə Aİ-nin genişlənməsinə skeptik münasibət davam edir və bu səbəbdən Brüssel yeni kompromis yolları axtarmağa çalışır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ–İran gərginliyi yenidən artdı: Vaşinqtonun məhdud zərbələri danışıqlar prosesinə təsir edir”

Aynur Camal

Türkiyə geosiyasi gücünü artırır, daxili siyasi balans dəyişir – ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Britaniyada siyasi parçalanma dərinləşir: “The Guardian” seçkilərlə bağlı yeni təhlil yayımladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu