Image default
Baş xəbərDünya

Aİ Rusiyanın nüvə sınaqlarının dayandırılması ilə bağlı sazişdən çıxmasına reaksiya verdi

Bugun.tv xəbər verir ki, Aİ Rusiyanın nüvə sınaqlarının dayandırılması ilə bağlı sazişdən çıxmasına reaksiya verib.
TRT Haber” in  məlumatına görə, Avropa İttifaqı (Aİ) Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini (CTBT) təsdiqləməsini ləğv etməsinə reaksiya verib.
AB Şurası tərəfindən edilən yazılı açıqlamada, ləğvin “Rusiyanın Ukraynadakı müharibə zamanı dəfələrlə istifadə etdiyi nüvə ritorikasına görə alınan qərar” olduğu vurğulanıb.

Açıqlamada “Aİ bu qərardan dərin təəssüf hissi keçirir” və bütün Aİ-yə üzv ölkələrin CTBT-ni təsdiqlədiyi xatırladılıb.

Bəyanat Rusiyanı CTBT-nin məqsəd və vəzifələrinə hörmət etməyə çağırıb.

Putin imzaladığı qərarla Rusiyanın CTBT-ni təsdiqini geri götürdü.

Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 20-də verdiyi açıqlamada ABŞ-ın müqaviləni heç vaxt bəyənmədiyini və Rusiyanın müqaviləni təsdiqləməsini geri götürdüyü zaman vəziyyətin tarazlaşacağını bildirib.

Nüvə silahı sınaqlarını dayandırmaq məqsədi daşıyan CTBT müqaviləsi Rusiya tərəfindən 1996-cı ildə Nyu-Yorkda imzalanıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

E.Dərziyeva: “Xeyirxahlığı ilə ömür qazanan insan – əqrəbam Selahattin Turanın əziz xatirəsinə”

Elnarə Dərziyeva

Dietoloq xolesterinə nəzarət üçün gündəlik qoz yeməyi tövsiyə etdi

Aynur Camal

Astronomlar təsadüfən indiyədək birbaşa görüntülənən ən zəif ekzoplaneti aşkar etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu