Avropa Birliyi kibertəhlükəsizlik, yeni kibertəhlükəsizlik strategiyası, EU kibermüdafiə, informasiya təhlükəsizliyi, rəqəmsal iqtisadiyyat, kibermüdafiə mex
Dünya

Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadır, iki milyarder siyahıdan çıxarılır

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan fərdi sanksiyaların müddətini daha üç il uzatmaq barədə razılığa gəlib. Razılaşma çərçivəsində tanınmış rusiyalı milyarderlər Alışer Usmanov və Mixail Fridmanın da sanksiya siyahısından çıxarılması nəzərdə tutulub.

Reutersin 22 sentyabr tarixli məlumatına görə, Aİ-nin sanksiya siyahısında qalan təxminən 3 min nəfər və quruma qarşı məhdudiyyətlər əvvəlki altı aylıq müddət əvəzinə üç il uzadılacaq. Qərarın qəbul edilməsi üçün üzv dövlətlər arasında kompromis əldə olunub.

The Guardian yazır ki, Usmanov və Fridmanın siyahıdan çıxarılması Aİ daxilində fikir ayrılıqlarına səbəb olub. Fransa və Lüksemburq onların sanksiyalardan çıxarılmasını dəstəkləyib, Latviya isə əvvəlcə buna etiraz edib, daha sonra səsvermədə bitərəf qalıb.

Ukrayna rəsmiləri qərara etirazlarını bildiriblər. Aİ isə Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar digər sanksiyaların qüvvədə qalmasını təmin edib.

Mənbə:  Reuters

Aynur Camal

Oxşar xəbərlər

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Aynur Camal

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu