AI səfiri Peter Mixalko Zaqatalada keçirilən findiq yarmarkasında və “Yurdumun ləzzəti” adlı stend açılışında iştirak edib. Səfir Peter Mixalko öz çıxışında bildirib ki, Azərbaycan fındıq ixracı üçün dünyada 3-cü ölkəyə çevrilib. “Avropada Zaqataladan fındıq tədarük edildiyini bilirlər. Bu, çox vacib amildir, Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlıqdan xəbər verir. Bu, həmçinin ölkədə yetişdirilən məhsulların Avropa bazarlarına çıxarılması baxımdan imkandır.”-deyə o vurğulayıb.
Səfir Balakən ,Zaqatala rayonlarında AI tərəfindən maliyyələşdirilən aqro- biznez sahipkarları ilə görüşüb ,onların istehsal etdikləri ərzaq məhsulları ilə tanış olub. Peter Mixalko bildiribki , layihənin əsas məqsədi insanları yerli məhsulların artırılmasına təşviq etməkdir. Zaqatala rayonun Muxax kəndində hazırlanan fındıq məhsulları ,Qax rayonu Ilisu , Zəyəm kəndlərində istehsal olunan qaxac ət , arıçılıq məhsulları bunun bariz nümunəsidir. Daha sonra səfir Şəki Gigiyena və Epidemiologiya mərkəzində olub. O burada AI tərəfindən təqdim edilən Peyvəndlərin soyuq zəncir avadanlıqları ilə tanış olub. ÜST-nin müvafiq alətinə əsaslanmış inventarlaşdırma və Boşluqların Təhlili Sistemi(IGAS- inventory and CAP ANALYSIS SISTEM) soyuq zəncir sisteminin bütün səviyyələrində tibb müəssələrində soyuq zəncir avadanlıqlarının inventarlaşdırılamasi məqsədilə verilib. Səfir burada AI-nin maliyə dəstəyi ilə COVID-19 vaksinasiya təlimlərində iştirak edən tibb işçiləri Ilə görüş keçirib.