Baş xəbər

Azərbaycan MN: “Ermənilərin təxribat məqsədilə Laçında basdırdığı 122 mina aşkarlanıb”

Bugün.tv-nin Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə,  Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.
Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Stress qocalmanı sürətləndirir: Xarici görünüş necə dəyişir?

Aynur Camal

Bakıda “InVision Design Talks BAKU 2026” tədbiri keçirilib

Aynur Camal

“Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu