15.7 C
Baku
17 May 2025, 1:02
Baş xəbərDünya

Akademik Zərifə Əliyeva 102 – “102 ağac əkək” aksiyası

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi tərəfindən bu gün görkəmli alim, Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş “102 ağac əkək” aksiyası təşkil olunub.

Bugun.tv-xəbər verir ki, artıq bir neçə ildir ki, mərkəz əməkdaşları tərəfindən bu ənənə davam etdirilir. Əvvəlki illərdə əkilən ağacların bu gün sağlam şəkildə boy atması və yaşıllaşması aksiyanın davamlılığını və ekoloji dəyərlərə olan həssas yanaşmanı əks etdirir.

Aksiyanın əsas məqsədi Akademik Zərifə Əliyevanın elmi irsini, insanlara qayğı və şəfqət dolu münasibətini yaşatmaqla yanaşı, həm də ətraf mühitin qorunması, yaşıllıqların artırılması və cəmiyyətə ekoloji mesajın verilməsidir.

Bu təşəbbüs həm də Zərifə xanımın həyat fəlsəfəsinə – təbiətə, insanlara və gələcək nəsillərə dəyər verən yanaşmasına dərin ehtiramın ifadəsidir.

Eyni zamanda, bu cür ekoloji təşəbbüslər şəhər mühitində ekoloji balansın qorunmasına, təmiz havanın və sağlam yaşayış mühitinin formalaşmasına mühüm töhfə verir.

Ağacəkmə aksiyasına şərait yaratdığı üçün Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Bakı şəhər Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyevə təşəkkür edirik.

 

Aynur Camal

Oxşar xəbərlər

Sərhəddə narkotik vasitələr saxlanıldı

Bugün TV

Geri sayım başladı: Despicable Me 4 (Despicable Me) üçün yeni treyler

Aynur Camal

“TikTok”da , “falçılıq”, “baxıcılıq adı altında vətəndaşları aldadan şəxs saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu