1 C
Baku
10 Fevral 2026, 14:32
Səhiyyə

Akne zamanı mütləq mədə müalicə olunmalıdır?

akne, sızanaq, mədə-bağırsaq sistemi, qastroenteroloq, dermatoloq, hormonal pozğunluq, helikobakter, antibiotik, dəridə iltihab, sızanaq müalicəsi, dəri problemləri

Bugun.tv xəbər verir ki, akne (sızanaq) problemi yaşayan insanlar çox vaxt həkimlər tərəfindən qastroenteroloqa yönləndirilir və səbəbin mədə-bağırsaq sistemində olduğu düşünülür. Lakin mütəxəssislər bildirir ki, bu yanaşma hər zaman düzgün deyil.

Bu barədə “Zdorovye Mail”ə müsahibəsində “Bud Zdorov” klinikasının qastroenteroloqu Ali Almasri danışıb. Onun sözlərinə görə, dəri ayrıca bir orqandır və aknenin əsas səbəbləri bir çox hallarda məhz dərinin özündə baş verən proseslərlə bağlı olur.

Mütəxəssis qeyd edib ki, aknenin əsas yaranma səbəbləri hormonal fon, piy vəzilərinin aktivliyi və dəridə yaşayan xüsusi bakteriyaların fəaliyyəti ilə əlaqəlidir.

Bəzi hallarda insanlar qastroenteroloq müalicəsindən (məsələn, helikobakter infeksiyasına qarşı antibiotik qəbulundan) sonra sızanaqların azaldığını müşahidə edir. Ancaq həkim vurğulayıb ki, bu təsir mədənin sağalması ilə deyil, antibiotiklərin dəridəki bakteriyaları müvəqqəti olaraq zəiflətməsi ilə bağlıdır.

Ali Almasri əlavə edib ki, akne əsasən bakterial iltihab olduğuna görə, geniş təsirli antibiotiklər digər xəstəliklər üçün qəbul edildikdə də dəridə müvəqqəti yaxşılaşma yarada bilər.

Mütəxəssis akne problemi zamanı ilk növbədə dermatoloqa müraciət etməyin daha doğru olduğunu bildirib. Ehtiyac olarsa, hormonal fonun yoxlanılması üçün ginekoloq və endokrinoloq müayinəsi də tövsiyə edilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Arıqlamaq üçün effektiv psixoloji üsul

Aynur Camal

Kofeinli içkilər beyin sağlamlığını qoruya bilər — araşdırma

Aynur Camal

Ömrü uzatmaq üçün gündə neçə dəqiqə hərəkət kifayətdir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu