24 C
Baku
29 İyun 2025, 1:39
DigərHadisə

Albaniya parlamentinə tüstü bombası atıldı

Bugun.tv xəbər verir ki, Albaniyada müxalifət deputatları parlamentin iclası zamanı tüstü bombaları atıblar.
Albaniyada Sosialist Partiyasının rəhbərlik etdiyi hökuməti korrupsiyada ittiham edən opponentlər parlamentdə maraqlı aksiya keçirərək, korrupsiya faktlarını araşdırmaq üçün komissiya yaradılmasını tələb ediblər.

TRT Haber“in məlumatına görə, müxalifətdən olan deputatlar əvvəlcə stulları tərsinə çevirərək iclasın keçirildiyi zalın ortasına yığıblar.Zala daxil olanda oturmağa yer tapa bilməyən hakim partiyanın deputatları bir qədər dayanıb, sonra başqa otaqlardan stul gətirib əyləşiblər.

İclas başlayandan sonra müxalifətin iki tüstü bombası atması parlamenti tüstü içində qoyub.

Parlamentin sədri Lindita Nikolla insidentdən sonra iclası başa vurub.

Nikolla növbəti sessiyanın nə vaxt keçiriləcəyinin bir neçə saat ərzində açıqlanacağını açıqlayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bu ölkədə quraqlıq xəbərdarlığı edildi!

Elnarə Dərziyeva

Avtomobil qırmızı işıqda gözləyən vasitələrə çırpıldı: 5 yaralı var

Bugün TV

Əməkdar artist dünyasını dəyişdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu