Siyasət

Alexander Stubb Finlandiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəldi – Ədliyyə Nazirliyi ​

Bugun.tv xəbər verir ki, Finlandiyanın ədliyyə nazirliyi bildirib. Keçirilən prezident seçkilərinin ikinci turunda Milli Koalisiya Partiyasının namizədi, keçmiş baş nazir Aleksandr Stubb qalib gəlib.

Nazirlik bülletenlərin 100%-nin hesablanmasından sonra bildirib ki, Stubb səslərin 51,6%-ni toplayıb. Onun rəqibi, keçmiş XİN və hazırda deputat olan Pekka Haavistonu isə seçicilərin 48,4%-i dəstəkləyib.

Seçici fəallığı 67,6% təşkil edib.

Səsvermənin yekun nəticələri fevralın 14-də ölkənin Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənəcək. Hökumət nəticələri fevralın 15-də keçiriləcək plenar iclasında elan edəcək. Seçilən prezident martın əvvəlində vəzifəsinin icrasına başlayacaq.

Alexander Stubb 1 aprel 1968-ci ildə anadan olub. 2008-2010-cu illərdə Finlandiyanın XİN olub. 2010-2014-cü illərdə Aİ işləri və xarici ticarət naziri vəzifəsində çalışıb. 2014-2015-ci illərdə baş nazir olub. 2020-ci ildə o, siyasəti tərk edib və Florensiya Transmilli İdarəçilik Məktəbində mühazirəçi kimi çalışıb.

Mənbə tass

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya-Ukrayna danışıqları pozula bilər

Aynur Camal

Siyasi ekspert: ABŞ-ın Zelenskiyə təzyiqləri Ukraynanın gələcəyinə təsir edə bilər

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu