Dünya

Ali Məhkəmənin hakimini qaçırıblar

Nigeriyada terror təşkilatı Boko Haram üzvləri ölkənin şimal-şərqindəki Borno əyalətində Ali Məhkəmənin hakimini qaçırıb.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, Borno əyalətinin Buratai-Buni Qari avtomobil yolunda terrorçular ştatın Ali Məhkəməsində işləyən hakim Haruna Mşelianın maşınına hücum ediblər.

Boko Haram üzvü terrorçular hakim Mşelianı və onun ərini, həmçinin avtomobildə olan 2 nəfəri qaçırıblar.

Borno əyalət polisinin sözçüsü Nahum Daso hücumu təsdiqləyib və qaçırılan şəxslərin tapılması üçün araşdırmalara başlanıldığını bildirib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan terror təşkilatı Boko Haramın 2009-cu ildən bu yana təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad Gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirib.

Mənbə: Haber Global

Oxşar xəbərlər

Hindistan ABŞ-dan Rusiya neftinin idxalına icazənin uzadılmasını istəyir

Aynur Camal

Dünyanın ən maraqlı velosiped yolu: Suyun içindən keçir

Aynur Camal

Alimlərdən 2026 FIFA Dünya Kuboku ilə bağlı ciddi xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu