Bugun.tv xəbər verir ki, alimlər infarkt və insult riskini artıran damar çöküntülərinə qarşı eyni anda bir neçə zərərli hüceyrə tipini hədəfə alan yeni immun hüceyrələr hazırlayıblar.
Medical Xpress-in məlumatına görə, UCLA alimləri tərəfindən hazırlanan “FAP.CAR-NKT” hüceyrələri aterosklerotik lövhələrdəki üç fərqli problemli hüceyrə tipini tanımaq üçün hazırlanıb. Tədqiqatçılar yeni yanaşmanı siçanlar üzərində, laboratoriyada yetişdirilən damar toxumasında və ağır ürək-damar xəstəliyi olan pasiyentlərdən götürülmüş damar toxumalarında sınaqdan keçiriblər.
Nəticələrə görə, yeni hüceyrələr yalnız bir hədəfə yönələn CAR-T hüceyrələri ilə müqayisədə daha çox zərərli hüceyrəni aradan qaldırıb və siçanlarda daha kiçik, daha az yağlı damar lövhələrinin yaranmasına səbəb olub.
Tədqiqatçılar siçanlarda müalicə ilə bağlı ciddi toksiklik əlaməti müşahidə etmədiklərini bildiriblər. Bununla belə, araşdırma hələ ilkin mərhələdədir. Alimlər növbəti mərhələdə müalicənin nə qədər davam etdiyini və uyğun dozanı müəyyənləşdirməyi planlaşdırırlar.
Mənbə: MedicalXpress
