26 C
Baku
28 Sentyabr 2026, 19:51
fil dərisi, yeni sement materialı, sərinləşdirici material, Pensilvaniya Universiteti, Advanced Materials, inşaat texnologiyası, istilik, elm
Dünya

Alimlər fil dərisindən ilhamlanaraq istini 20 dərəcəyədək azaldan material hazırladılar

Bugun.tv xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin alimləri fillərin çat və yarıqlarla örtülmüş dərisindən ilhamlanaraq suyu sürətlə hopduran və səthləri sərinləşdirən yeni sement əsaslı material hazırlayıblar.

“Advanced Materials” jurnalında dərc olunan araşdırmaya görə, fil dərisindəki xırda çatlar suyun səthdən dərhal axıb getməsinin qarşısını alır, onun daha geniş sahəyə yayılmasına kömək edir. Tədqiqatçılar bu xüsusiyyəti yeni sement materialında tətbiq ediblər.

Materialda xüsusi yaradılmış çatlar suyun səth boyunca yayılmasına, məsaməli quruluş isə onun sürətlə hopmasına imkan verir. Təcrübələr zamanı istifadə edilən diatomit sayəsində su damcılarının 50 millisaniyədən də az müddətdə hopduğu müəyyənləşdirilib.

Alimlər müxtəlif çat quruluşlarını da sınaqdan keçiriblər. Xüsusilə müəyyən sıxlıqdakı altıbucaqlı çat düzülüşünün suyun yayılması və saxlanması baxımından daha səmərəli olduğu müəyyən edilib.

fil dərisi, yeni sement materialı, sərinləşdirici material, Pensilvaniya Universiteti, Advanced Materials, inşaat texnologiyası, istilik, elm

Kiçik ölçülü dam modeli üzərində aparılan sınaqlarda yeni materialın altında temperatur təxminən 32 dərəcə olub. Çatlı kommersiya suvağında bu göstərici 42, çatsız suvaqda isə 52 dərəcə təşkil edib.

Beləliklə, təcrübə şəraitində yeni materialla ənənəvi örtük arasında 20 dərəcəyədək temperatur fərqi qeydə alınıb.

 

Mənbə: Enson Haber

Aynur Camal

Oxşar xəbərlər

İtinizlə eyni yataqda yatmaq sağlamlığa zərər verə bilərmi?

Aynur Camal

Çin ABŞ kənd təsərrüfatı məhsullarına rüsumları azaltmağa hazırlaşır

Aynur Camal

İsveçdə hökumətin formalaşdırılması ilə bağlı siyasi böhran yarandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu