Maraqlı faktlar

Alimlər ilk dəfə yaşıl rəngdə görünən ulduz müəyyən etdilər

Bugun.tv xəbər verir ki, astronomlar Yerdən təxminən 280 işıq ili uzaqlıqda yerləşən və qeyri-adi yaşıl çalarda görünən ağ cırtdan ulduz müəyyən ediblər. WD J1330+6435 adlanan bu göy cismi Əjdaha bürcü istiqamətində yerləşir.

TRT Haber-in məlumatına görə, ulduzun qeyri-adi rəngi onun atmosferindəki kimyəvi elementlərlə işığın qarşılıqlı təsiri nəticəsində yaranır. Tədqiqatçılar hesab edirlər ki, ulduzun yaxınlığındakı planet sistemindən qalan qayalı maddələr onun xarici qatlarına qarışıb. Bu maddələrin tərkibindəki natrium ulduzun həddindən artıq sıx atmosferində heliumla qarşılıqlı təsirə girərək işığın udulma xüsusiyyətlərini dəyişir. Nəticədə sarı, narıncı və qırmızı işığın bir hissəsi udulur və ulduz yaşıl çalarda görünür.

Araşdırma zamanı alimlər 151 ağ cırtdanın rəng xüsusiyyətlərini də təhlil ediblər. Nəticələr göstərib ki, bu ulduzların rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. Karbonla zəngin bəzi ağ cırtdanlar çəhrayı və ya bənövşəyi çalarda görünə bilər.

Ağ cırtdanlar Günəşə bənzər ulduzların həyat dövrünün son mərhələsində geridə qalan sıx nüvələridir.

Tədqiqat “RAS Techniques and Instruments” elmi jurnalında dərc olunub. Alimlər gələcək müşahidələrlə qeyri-adi rənglərə malik daha çox ağ cırtdan müəyyən etməyin mümkün olacağını düşünürlər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Vanil xroniki yaraların sağalmasına kömək edə bilərmi?

Aynur Camal

Qısa videolara uzun müddət baxmaq psixoloji yorğunluq yarada bilər

Aynur Camal

Qədim uçan sürünənlərin fosilləri üçün qeyri-adi muzey yaradıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu