Texnologiya

Alimlər kosmik uçuşlar üçün süni yuxu texnologiyasına yaxınlaşıblar

Beynəlxalq alim qrupu uzun müddətli kosmik səyahətlər üçün insanı süni hipoksiyaya salmaq üzərində işləyir. İtaliyanın Boloniya Universitetinin fiziologiya kafedrasının dosenti Matteо Çerri rəhbərliyində aparılan tədqiqatlarda laboratoriya siçanları üzərində uğurlu sınaqlar həyata keçirilib.

Süni yuxu texnologiyası çərçivəsində siçanların beyin sapının müəyyən sahəsinə dərmanlar tətbiq olunaraq onların metabolizmi yavaşladılıb və oksigenə olan tələbat azaldılıb. Bu üsul kosmik missiyalarda heyətin radiasiyaya qarşı daha dayanıqlı olmasına kömək edə bilər, həm də qida, su və oksigen ehtiyatlarını azaltmaqla yükün çəkisini minimuma endirə bilər.

Alimlər həmçinin kriostaz texnologiyası — dərin dondurma üzərində də işləyirlər. 2025-ci ildə Almaniya tədqiqatçıları siçanın beyin hissəsini -196°C-dək dondurub sonra yenidən diriltməyi bacarıblar. Bu, nəzəri olaraq neyron toxumasını dondurub əridə biləcəyimizi göstərir, lakin hələ də buz kristallarının hüceyrələrə zərər verməsi və istifadə olunan maddələrin toksikliyi kimi problemlər qalır.

Hazırda insanlar üzərində süni yuxu sınaqları riskli olduğundan aparılmır. Dərmanlarla orqanizmi uzun kosmik uçuşlar zamanı yavaşlatmaq isə ya effektiv deyil, ya da uzun müddətli istifadədə zəhərlidir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Milyonlarla körpə kamerası hack edildi: İstifadəçiləri canlı izləyiblər

Aynur Camal

Asteroid Yerə Ay məsafəsindən daha yaxın keçəcək

Aynur Camal

Google Xəritələrə Gemini süni intellekt dəstəyi gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu