13 C
Baku
2 Dekabr 2025, 19:08
Digər

Alimlər açıqlayıb — həddən artıq yatmaq həqiqətən də sağlamlığa zərərli ola bilərmi? 

Beynəlxalq tədqiqatçılar qrupu uzun müddətli yuxunun (artıq 9 saatdan çox yatmağın) sağlamlıq baxımından zərərli olmadığını iddia edən stereotipləri araşdırıb. Son araşdırmalara görə, yuxunun az – yəni yetərli – olmaması sağlamlıq üçün mütləq zərərlidir: beləcə yaddaş, immunitet, ürək-damar sistemi və ümumi yaşam müddəti risk altına düşür.

Lakin alimlərin analiz etdiyi 79 tədqiqat göstərir ki, həddindən artıq uzun yuxu da bəzi sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Məsələn, kəskin və ya xroniki ağrı, metabolik və ya ürək-damar xəstəlikləri, depressiya və müəyyən dərmanların yan təsirləri yuxunun uzanmasına səbəb ola bilər. Belə hallarda insan daha çox yatmağı orqanizmin bərpa ehtiyacı kimi qəbul edir — yəni uzun yuxu özü zərər deyil, bədən artıq yuxu ilə bərpa etməyə çalışır.

Uzun yuxunun özü birbaşa ölümə səbəb ola bilər — deyə iddia edilən araşdırmalar olsa da, tədqiqatçılar bu nəticələri səbəb-nəticə əlaqəsi kimi qiymətləndirməyin yanlış olacağını bildirirlər. Onların fikrincə, kifayət qədər — 7-9 saat arası — yuxu, sabit rejim və yuxu keyfiyyəti sağlam həyat üçün optimal sayılır. Əgər kimsə gündə 10-12 saat yatmasına baxmayaraq, yuxudan oyananda özünü yorğun hiss edirsə — bu, bədənində baş verən diskomfortun siqnalı, gündəlik rejimin düzgün qurlmamasının səbəbi ola bilər və həkimə müraciət tövsiyə olunur.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Növbəti iki həftə üçün hava haqqında məlumat

Aynur Camal

Serbska Respublikasının Baş naziri istefa verdi

Bugün TV

Rusiya: Ukraynada sülhlə bağlı mövqeyimiz aydındır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu