Maraqlı faktlar

Alimlərdən xəbərdarlıq: 60 dərəcədə yumaq hər zaman bakteriyaları məhv etmir

Bugun.tv xəbər verir ki, Böyük Britaniyada aparılan yeni araşdırma ev tipli paltaryuyan maşınlarda 60 dərəcə temperaturda yuyulmanın hər zaman tam gigiyena təmin etmədiyini ortaya qoyub.

De Montfort University əməkdaşları tərəfindən aparılan və elmi nəticələri PLOS ONE nəşrində dərc olunan araşdırmada müxtəlif markalara məxsus altı ev tipli paltaryuyan maşın sınaqdan keçirilib.

Tədqiqat zamanı bakteriyalarla çirkləndirilmiş parça nümunələri 60 dərəcə temperaturda həm standart, həm də qısa proqramlarda yuyulub. Nəticələr göstərib ki, yoxlanılan maşınların yarısı sürətli proqramlarda parçaları kifayət qədər dezinfeksiya edə bilməyib. Bəzi cihazlar isə hətta standart proqramlarda belə gözlənilən gigiyena səviyyəsinə çatmayıb.

Araşdırma müəllifləri müəyyən ediblər ki, bəzi paltaryuyan maşınlar tələb olunan 60 dərəcə temperatura çatmır və ya həmin temperaturu kifayət qədər uzun müddət saxlaya bilmir.

Mütəxəssislər əlavə olaraq 12 müxtəlif paltaryuyan maşının daxili hissələrindən nümunələr götürüblər. DNT analizləri nəticəsində deterjan bölmələrində və qapı rezinlərində biofilm adlanan bakteriya təbəqələrinin formalaşdığı aşkarlanıb. Bildirilib ki, bu təbəqələr müntəzəm təmizliyə baxmayaraq qalmağa davam edir və hər yuma zamanı paltarlara keçə bilər.

Araşdırma zamanı infeksiyalara səbəb ola bilən bakteriyalarla yanaşı, antibiotiklərə davamlılıqla əlaqəli genlər də müəyyən edilib. Alimlər bəzi bakteriyaların deterjanlara təkrar məruz qaldıqda daha dözümlü hala gəldiyini, bunun isə antibiotiklərə qarşı müqavimətin artmasına təsir göstərə biləcəyini qeyd ediblər.

Tədqiqata rəhbərlik edən mikrobiologiya professoru Katie Laird bildirib ki, ev tipli paltaryuyan maşınlar əslində infeksiyalara nəzarət məqsədilə hazırlanmayıb. O, xüsusilə səhiyyə işçilərinin geyimlərinin evdə yuyulması məsələsinə yenidən baxılmasının vacibliyini vurğulayıb.

Mütəxəssislərin fikrincə, enerji qənaəti məqsədilə istifadə olunan qısa və iqtisadi proqramların geniş yayılması gələcəkdə ev şəraitində gigiyena standartlarının yenidən qiymətləndirilməsini zəruri edə bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlar 120 il yaşaya biləcəkmi? Alimdən açıqlama

Aynur Camal

Dünyanın ən qeyri-adi su kəndi: Qanvié – küçələri su, nəqliyyatı kanoe

Aynur Camal

Hamiləlikdə UPatch adlı geyilə bilən ultrasəs cihazı icad edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu