Bugun.tv xəbər verir ki, Rusiya Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hava hücumu həyata keçirib.
Ukrayna ordusunun məlumatına görə, paytaxt Kiyev də daxil olmaqla ölkənin bir çox bölgəsində hava hücumu xəbərdarlığı elan olunub. Hücumlar nəticəsində Kiyevin müxtəlif ərazilərində tüstü qalxdığı müşahidə edilib.
Ukrayna Hərbi Hava Qüvvələri ölkənin hava məkanında çoxsaylı PUA-nın aşkarlandığını bildirib. Məlumata əsasən, Rusiya qüvvələri Dnipro və Zaporojye vilayətlərinə də raket zərbələri endirib.
Kiyev Şəhər Hərbi Administrasiyası vətəndaşları sığınacaqlara getməyə çağırıb. Bildirilib ki, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Eyni zamanda, Rusiya strateji bombardmançı təyyarələrinin fəallığı və dəniz platformalarından qanadlı raketlərin buraxıldığı qeyd olunub.
Ukrayna tərəfi Rusiyanın gecə saatlarında Xəzər dənizi istiqamətindən uzaqmənzilli və yüksək dəqiqlikli “Kalibr” qanadlı raketləri buraxdığını da açıqlayıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, hücumlar nəticəsində şəhərin müxtəlif rayonlarında yanğınlar baş verib. Yaşayış binaları, poliklinika və yanacaqdoldurma məntəqəsi də daxil olmaqla bir sıra obyektlərə ziyan dəyib.
Son məlumata görə, hücumlar nəticəsində 4 nəfər həyatını itirib, aralarında 3 uşağın da olduğu 51 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam etdirilir.
Ukrayna Hərbi Hava Qüvvələri ölkənin müxtəlif bölgələrinə raket və silahlı pilotsuz uçuş aparatları ilə hücumların davam etdiyini açıqlayıb.
Mənbə: Ensonhaber
