Almaniya, Stark Defence, Vanta 24, dəniz dronu, Rusiyanın kölgə donanması, Baltik dənizi, sualtı kabellər, müdafiə texnologiyaları
Dünya

Alman startapı Rusiyanın “kölgə donanmasını” izləmək üçün pilotsuz döyüş gəmisi hazırlayır

Bugun.Tv xəbər verir ki, Almaniyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən “Stark Defence” startapı Avropa sularında sualtı kabellərin mühafizəsi və Rusiyanın “kölgə donanması”na aid gəmilərin izlənilməsi məqsədilə yeni pilotsuz dəniz gəmisi hazırlayır.

Mail.ru-nun məlumatına görə, “Vanta 24” adlandırılan gəminin 2027-ci ildə suya buraxılması planlaşdırılır. Təxminən 24 metr uzunluğunda olacaq gəmi ekipajsız fəaliyyət göstərəcək və saatda 64 kilometrdən artıq sürət yığa biləcək. O, raket və artilleriya sistemləri də daxil olmaqla, 50 tona qədər yük daşımaq imkanına malik olacaq.

Baltik və Şimal dənizlərində istifadə olunacaq

Yeni gəminin Baltik və Şimal dənizlərinin sərt hava şəraitində, o cümlədən güclü dalğalanma və aşağı temperaturda fəaliyyət göstərməsi nəzərdə tutulur. O, hərbi gəmiləri müşayiət edə, sahilboyu ərazilərdə müşahidə apara, sualtı kabelləri və digər vacib infrastrukturu qoruya biləcək.

Şirkət gəminin Atlantik okeanının şimal hissəsində də fəaliyyət göstərə biləcəyini bildirir. “Stark Defence” rəhbərliyinin qiymətləndirməsinə görə, belə pilotsuz gəmilərin istehsal xərci ənənəvi freqatların dəyərinin təxminən mində biri qədər ola bilər.

Layihənin Almaniya və Böyük Britaniyada hazırlanması planlaşdırılır.

Mənbələr: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Çadırlara dron zərbəsi endirildi: Ölən və yaralanan var

Aynur Camal

Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzaladı

Aynur Camal

Fransada yüz minlərlə insan etiraz aksiyalarına çıxır: 70 min polis səfərbər edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu