Dünya

Almaniya selə təslim oldu! Həyat dayandı

Almaniyanın müxtəlif əyalətlərinə yağan leysan yağışları sel və daşqınlara səbəb olarkən, avtomobillər sel sularında sürükləndi və 1 nəfər həyatını itirdi.

Almaniyanın müxtəlif ştatlarında şiddətli fırtınalar və yağışlar təsirli olub. Gecə boyu davam edən yağışlar daşqınlara səbəb olub. Evlərin zirzəmilərində daşqınlar baş verib.

Bavariyanın Vürzburq şəhəri yaxınlığında bir nəfər evinin zirzəmisindən sel sularını çıxarmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Baden-Vürtemberq ştatında çaylar daşıb, küçə və prospektləri su basıb.

Bisingen əyalətində bir çox avtomobil sel suları altında qalıb. Qırmızı Xaç, 60 yardım məntəqəsinin qurulduğunu və 1 helikopterin yardım işlərinə qatıldığını açıqladı. Hessen əyalətinin Frankfurt şəhərində xəstəxananı su basıb və Frankfurt hava limanında uçuşlar dayandırılıb.

Bundan əlavə, 2021-ci ildə daşqınlar nəticəsində 136 nəfərin öldüyü Reynland-Pfalts əyalətinin Ahrweiler bölgəsində 300-ə yaxın yardım əməliyyatı həyata keçirilib. Güclü yağış səbəbindən bəzi yollar yararsız hala düşüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu